Olimpiya Festivalı-2017: cüdoçumuz gümüş medal qazandı - FOTOLAR

Olimpiya Festivalı-2017: cüdoçumuz gümüş medal qazandı - FOTOLAR
Azərbaycan millisi yeniyetmələrin XXIV Avropa Olimpiya Festivalında ilk medalını qazanıb.

Olimpnews.az saytının məlumatına görə, Macarıstanın Gyor şəhərində keçirilən festivalın cüdo yarışlarında mübarizə aparan milli komandamızın üzvü Vüsalə Kərimova (40 kq) finaladək inamla irəliləyib. Qızıl medal uğrunda görüşdə məğlub olan cüdoçumuz Avropa Olimpiya Festivalını ikinci pillədə başa vurub.

Xatırladaq ki, Azərbaycan festivalda 41 idmançı ilə təmsil olunur.








Fotolar:
Murad Fərzəliyev