Olimpiya Festivalı-2017: cüdoçularımızdan növbəti medal - FOTOLAR

Olimpiya Festivalı-2017: cüdoçularımızdan növbəti medal - FOTOLAR
Azərbaycan millisi yeniyetmələrin XXIV Avropa Olimpiya Festivalında ikinci medalını qazanıb.

Olimpnews.az saytının məlumatına görə, Macarıstanın Gyor şəhərində keçirilən festivalın cüdo yarışlarında mübarizə aparan milli komandamızın üzvü Adil Kərimli (-90 kq) 1/2 finalda məğlub olub. O, bürünc medal uğrunda görüşdə qələbə qazanaraq, ölkəmizin aktivinə növbəti medalı yazdırıb.

Xatırladaq ki, Azərbaycan festivalda 41 idmançı ilə təmsil olunub.