Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalında iştirak edən yeniyetmə idmançılarımızla görüşüb.
Olimpnews.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Çingiz Hüseynzadə Macarıstanın Gyor şəhərində yeniyetmə idmançılarımızın məskunlaşdıqları Olimpiya kəndinə gələrək atletlərin buradakı şəraiti ilə maraqlanıb, onların problemlərini dinləyib.
Səmimi şəraitdə keçən görüşdə MOK-un vitse-prezidenti yaradılan şəraiti yüksək qiymətləndirib.
Sonda idmançılarla xatirə şəkilləri çəkilib.