Lisenziya uğrunda mübarizə bu gün start götürür

Lisenziya uğrunda mübarizə bu gün start götürür

Bu gün Xorvatiyanın Split şəhərində stolüstü tennis üzrə gənclərin Olimpiya Oyunlarının Avropa təsnifat turniri start götürəcək.

Olimpnews.az saytının məlumatına görə, turnirdə 32 oğlan və 27 qız tennisçi birincilik uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 2 tennisçimiz təmsil edir. Avropa təsnifat turnirində qalib gələn 4 idmançı 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunacaq Gənclərin III Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Stolüstü tennisçilərin yarışına noyabrın 5-də yekun vurulacaq.