Stolüstü tennisçilərimiz Riqa səfərində

Stolüstü tennisçilərimiz Riqa səfərində

Mayın 6-da stolüstü tennis üzrə Azərbaycan yığma komandası Latviyaya yola düşüb. Olimpnews.az saytının məlumatına görə, Riqada təşkil olunan stolüstü tennis üzrə beynəlxalq yarışda yığma komandamız 5 idmançı (3 oğlan, 2 qız) ilə mübarizə aparır. Aleksandr Zudovun rəhbərliyi altında çıxış edən yığmaının heyətində Ramil Cəfərov, Rüstəm Əliyev, Fərhad İsmayılov, Rüfət Quliyeva və Səbinə Əhmədova yer alıblar. Yarışın təşkili mayın 12-21-də Fransada keçiriləcək beynəlxalq yarışa hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, mayın 12-də yekunlaşacaq turnirdən sonra, təmsilçilərimiz dünya çempionatında iştirak etmək üçün Fransaya yola düşəcək.