Avropa çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək

Avropa çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək


Parataekvondo üzrə iyunun 10-da Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatında yığma komandamız da iştirak edəcək. Taekvondo Federasiyasından verilən məlumata görə, 7-ci qitə çempionatında ölkəmizi 5 idmançı - İmaməddin Xəlilov (K-44, 61 kq), Nicat Müslümov ( K-43, 75 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Vuqar Adışirinov (K-44, +75 kq) və Aynur Məmmədova (K-44 +58 kq) təmsil edəcək. Plovdiv şəhərinin "Kolodruma” İdman Sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə edəcəklər.