«İnter» komandası mükafatlandırıldı

«İnter» komandası mükafatlandırıldı

VIII "Sabahın ulduzları” paytaxt çempionatını yekunlaşdıran Bakı Futbol Federasiyası (BFF) komandaların mükafatlandırılmasını davam etdirir. Bakı Futbol Federasiyasının mətbuat xidmətindən olimpnews.az-a daxil olan məlumata görə, Ağdamın "Qarabağ” komandasının ardınca 2002-2003-cü il təvəllüdlü futbolçulardan ibarət komandaların yarışdığı aşağı yaş qrupunda Bakının "İnter” komandası ikinci yeri tutub. "Şəfa” stadionunda təşkil olunan mükafatlandırma mərasimində Bakı Futbol Federasiyasının vitse-prezidenti Mazahir Süleymanzadə "Sabahın ulduzları” paytaxt çempionatının yüksək səviyyədə keçirilməsinə kömək göstərənlərə dərin minnətdarlığını bildirdi və "İnter” komandasını qazandığı uğurlar münasibətilə təbrik etdi. Sonra Məzahir Süleymanzadə və ukraynalı mütəxəssis, "İnter” UGİM-in layihə rəhbəri Valentin Xodukin gümüş mükafata layiq görülmüş komandanın baş məşqçisi Elmir Mirzəyevə və məsqçi Xəyyam Bəkirova hədiyyələr təqdim etdilər. "Ən yaxşı qapıçı” və "Ən yaxşı müdafiəçi” nominasiyaları üzrə fərqlənmiş Maximilian Şilder, Nazim Rəhimov və Murad Bağırov da kuboklarla mükafatlandırıldılar. Futbolçulara gümüş medalların və Kubokun təqdim olunması "İnter-Kafe”yə toplaşanların müşayiəti ilə təqdim olundu.



BFF Mətbuat Xidməti