Köynəklərin qiyməti düşüb

Köynəklərin qiyməti düşüb

NBA-nın "Klivlend” klubunun oyunçusu, əfsanəvi basketbolçu Lebron Ceymsin idman köynəklərinin qiyməti aşağı düşüb. Məşhur basketbolçunun köynəkləri əvvəllər internet mağazada 110 ABŞ dollarına satıldığı halda indi onların qiyməti 55 ABŞ dolları təşkil edir.
Qiymətin aşağı düşməsinə səbəb Lebron Ceymsin iyul ayında azad agent status alacağı və "Klivlend”I tərk edəcəyi ehtimalı ilə bağlıdır.
Lakin maraqlıdır ki, əfsanəvi basketbolçu klubu dəyişib-dəyişməyəcəyi ilə bağlı hələ heç bir açıqlama verməyib.