Millimiz 7 pillə irəliləyib

Millimiz 7 pillə irəliləyib

Avropa Həndbol Federasiyası (EHF) yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Məlumata görə, 2015-2016-cı, 2016-2017-ci və 2017-2018-ci illər mövsümünün nəticələrinə əsasən, qadın həndbolçulardan ibarət millimiz reytinq cədvəlində yeddi pillə irəliləyərək 23-cü pilləyə qalxıblar.
Beləliklə, reytinq cədvəlindəki bu mövqe Azərbaycanın qadınlardan ibarət dörd həndbol klubuna qitə turnirlərində iştirak etmək hüququ qazandırıb. İlk dəfə olaraq qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasında Azərbaycanın həndbol klubu da mübarizə aparacaq. Bundan əlavə, ölkəmiz EHF kuboku yarışlarında bir komanda, "Çağırış kuboku" turnirində isə iki klubla təmsil olunacaq.