Lyuis Hamilton liderlik edir

Lyuis Hamilton liderlik edir

Formula-1 üzrə "Mercedes” komandasının Lyuis Hamilton Fransa Qran-pri yarışlarının qalibi olub. Britaniyalı pilot dünya çempionatı çərçivəsində mövsümün 3-cü, karyerasında isə 65-ci qələbəsini qazanıb. Bununla Lyuis Hamilton şəxsi hesabda yenidən liderliyə yüksəlib.
Yürüşdə ikinci yeri "Red Bull”un təmsilçisi, hollandiyalı Maks Ferstappen, üçüncü yeri "Ferrari”nin finlandiyalı pilotu Kimi Raykkonen tutublar.
Lyuis Hamilton mövsümün 8-ci mərhələsində qələbə qazanandan sonra 145 xalla şəxsi hesabda Formula-I yarışlarının lideri olub. Fransa yürüşündə beşinci nəticə göstərən almaniyalı pilot Sebastyan Fettel 131 xalla ikinci yerdə qərarlaşıb. Üçüncü yeri 96 xalla "Red Bull”un avstraliyalı pilotu Daniel Rikkardo tutur.
Formula-1-in növbəti yarışları gələn həftə Avstriyanın Şpilberq şəhərində keçiriləcək.