Sumqayıtda mini futbol yarışına start verilib

Sumqayıtda mini futbol yarışına start verilib



Mayın 23-də Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "28 may Respublika Günü”nə həsr olunmuş III mini-futbol yarışının açılış mərasimi olub.Turnirin açılış mərasimində şəhərin 68 məhəllə və mikrorayonlarından 100-dən artıq komandada 1000-dən çox yeniyetmə iştirak edib. Yarışlara iyul ayının 3-də yekun vurulacaq.