Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi


Dünya şöhrətli basketbolçu Karim Abdul-Cabbar "Leykers” klubunun tezliklə favorit komandaya çevriləcəyini deyib. O, bunun səbəbini azad agent statusu alan Lebron Ceymsin adıçəkilən kluba keçidi ilə əlaqələndirib.
Qeyd edək ki, Kərim Abdul Cabbar da Kaliforniyanın "Leykers” klubunda oynayır.
"İnanıram ki, "Leykers” klubunun azarkeşləri çox sevinəcəklər. Mecik Consonu buna görə təbrik edirəm. Komandamız tezliklə favorit olacaq. San-Antoniodan cavab gözləyirik”, - deyə tanınmış basketbolçu qeyd edib.
Məlumat üçün bildirək ki, Lebron Ceyms "Leykers” klubunun heyətində ilk oyununu sentyabrın 30-da keçirəcək.