Avstriya Qran-Prisinin qalibi müəyyənləşib

Avstriya Qran-Prisinin qalibi müəyyənləşib



"Red Bull” komandasının pilotu Maks Ferstappen Avstriya Qran- Prisinin qalibi olub.
Yürüşün bu mərhələsində ikinci yeri "Ferrari” komandasının pilotu Kimi Raykkonen, üçüncü yeri isə Sebastyan Fettel tutub.
Maks Ferstappen cari mövsümdə özünün birinci, karyerasında isə dördüncü dəfə qələbə qazanıb. "Mercedes” komandasının hər iki pilotu texniki problemlər üzündən yürüşü vaxtında əvvəl dayandırıblar.
Avstriya Qran-Prisi başa çatandan sonra Formula-1 dünya çempionatının ümumi hesabında Sebastyan Fettel liderlik edir. Onun aktivində 146 xal var. İkinci yeri tutan Luis Hamilton Fetteldən cəmi bir xal geri qalır. Aktivində 101 xal olan Kimi Raykkonen isə Valtteri Bottas və Daniel Rikkardonu geridə qoyaraq üçüncü yerə çıxıb.
Avstriya mərhələsindən sonra Konstruktorlar Kubokunda "Ferrari” liderlik edir. İkinci yeri "Mercedes”, üçüncü yeri "Red Bull” komandaları tutur.