AFFA-nın əməkdaşı Türkiyədə mükafat alıb

AFFA-nın əməkdaşı Türkiyədə mükafat alıb

İstanbulda "Fonex” şirkətinin sponsorluğu, Türkiyənin "Futbol Plus Dergisi”nin təşkilatçılığı ilə 14-cü dəfə "Futbol Oscarları” mükafatlarının təqdimetmə mərasimi keçirilib. "Qalatasaray”ın keçmiş prezidenti Adnan Polata məxsus "Polat Renaissance Hotel”də baş tutan qala-gecəyə futbol, siyasət, sənət, media dünyasının nümayəndələri qatılıb.
2013-cü ilin "Futbol Oscarları”nı qazananlar arasında AFFA-nın "Futbol dünyası” nəşrinin əməkdaşı Rasim Mövsümov da olub. O, "İlin ən yaxşı əcnəbi idman yazarı” nominasiyasında mükafata layiq görülüb.