«Mançester Yunayted»in futbol məktəbi Bakıda

«Mançester Yunayted»in futbol məktəbi Bakıda


İyunun 24-28-də Bakıda "Mançester Yunayted” futbol klubunun yay məktəbi təşkil ediləcək. Futbol məktəbi "Bakcell” şirkətinin sponsorluğu ilə keçiriləcək.
Məktəbə seçim turları Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Azərbaycanın beş şəhərində keçiriləcək. Seçim turları iyunun 11-də Gəncədə başlayacaq, daha sonra Mingəçevir, Lənkəran, Sumqayıt və Bakıda aparılacaq.
Seçimdən müvəffəqiyyətlə keçən 8-12 yaşarası 32 gənc istedad "Mançester Yunayted”in futbol məktəbinin məşqçiləri tərəfindən aparılacaq təlim-məşq toplantılarında iştirak edə biləcəklər. Təlim-məşq toplanışları "Bakcell Arena”da təşkil olunacaq.