Ingiltərənin ən tanınmış futbolçu və məşqçilərindən olan Toni Adams Türkyə mətbuatına müsahibəsində Azərbaycan barədə danışıb.
Bir müddət "Qəbələ” komandasını çalışdırmış T.Adams "Habertürk” qəzetinə müsahibəsində türkcə danışmaqla müxbiri təəccübləndirib.
Mütəxəssis jurnalistin "Türk dilini harada öyrənmisiniz” sualına belə cavab verib:
"Türk dilini Azərbaycanda öyrəndim. Orada on səkkiz ay "Qəbələ” futbol klubunu çalışdırmışam. Klubun aşağı yaş komandalarında türkiyəli məşqçilər işləyirdi. Onlarla ünsiyyətdə olarkən türkcə danışmağı öyrəndim…”