Məşhur türkiyəli qapıçı Bakıda futbol akademiyası açıb

Məşhur türkiyəli qapıçı Bakıda futbol akademiyası açıb

Türkiyədə son iyirmi ilin ən güclü qapıçısı hesab olunan Rüştü Rəcbər Azərbaycanda öz davamçılarını hazırlamağa qərar verib.
Türkiyə millisinin və o cümlədən "Fənərbaxça” və "Beşiktaş”ın qapıçısı olmuş R.Rəcbər Bakıda uzun müddətdir ki, Futbol Akademiyasının açılışı üçün çalışır. Məşhur qapıçının istəyi nəhayət ki, reallaşıb.
Deyilənlərə görə, R.Rəcbərə Bakıda Futbol Akademiyası açılması işində tanınmış iş adamı Mübariz Mənsimov böyük dəstək göstərib.