Çimərlik futbolunun I Avropa Oyunlarının proqramına salınması FİFA tərəfindən təsdiqlənib

Çimərlik futbolunun I Avropa Oyunlarının proqramına salınması FİFA tərəfindən təsdiqlənib


Mavrikidə FİFA-nın 63-cü konqresi keçirilib və AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edib.
Səfər çərçivəsində Elxan Məmmədov FİFA Çimərlik Futbolu Komitəsinin üzvü və Dünya Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti Joan Cusco ilə görüşüb.
Görüşdə 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarında çimərlik futbolunun rolu barədə müzakirələr aparılıb. Əsas müzakirə mövzusu komandaların sayı, yarışın formatı, təsnifat mərhələsi və digər məsələlər olub. Sadalanan məsələlərin həlli ilə bağlı başqa görüşlərin keçirilməsi qərara alınıb.
Çimərlik futbolu üzrə yarışların təşkili ilə bağlı AFFA-nın təcrübəsi var. Qeyd edək ki, 2008-ci ildə çimərlik futbolu üzrə Avropa Kuboku oyunları Bakıda təşkil olunub.
Beləliklə, çimərlik futbolunun Avropa Oyunlarının proqramına salınması FİFA tərəfindən təsdiq olunub.