DÇ-2014-ün biletləri avqustda satışa çıxarılacaq

DÇ-2014-ün biletləri avqustda satışa çıxarılacaq

Avqustun 20-dən DÇ-2014-ün biletləri satışa çıxarılacaq. Bu barədə FİFA-nın marketinq direktoru Tyerri Veyl məlumat verib. Bletlərin qiymətləri və onların sayı barədə məlumatlar isə iyulun 10-da açıqlanacaq.
Xatırladaq ki, DÇ-2014-ün açılış oyunu 2014-cü il iyunun 12-də San Pauluda, finalı isə iyulun 13-də Rio de Janeyrodakı "Marakana” stadionunda keçiriləcək.