Alonso Formula-1-dən gedir

Alonso Formula-1-dən gedir


"Maklaren”in pilotu Fernando Alonso Formula-1 yarışlarından gedəcəyini açıqlayıb.
İkiqat dünya çempionu bu mövsümün onun üçün sonuncu olduğunu bildirib.
"Sevdiyim idmanda həyəcanlı, sevincli, təəssüratlarla zəngin 17 il arxada qaldı. Dəyişikliklər etmək vaxtıdır ki, həyata davam edək. Bu 17 ilin hər bir dəqiqəsi, saniyəsi mənim üçün çox əzizdir. Mənimlə birlikdə addımlayan və bu mövsümləri başa çatdırmaqda mənə yardım edən hər kəsə minnətdaram. "Maklaren” komandasına xüsusilə, təşəkkür edirəm. Çünki ürəyim həmişə bu komanda ilə döyünüb”, - deyə Fernando Alonso bildirib.
Xatırladaq ki, 37 yaşlı ispaniyalı pilot Formula-1 yarışlarında 17 mövsüm keçirib (2001, 2003-2018).