Kasilyas və Vilya da Braziliyaya gedə bilər

Kasilyas və Vilya da Braziliyaya gedə bilər

İspaniya yığmasının baş məşqçisi Visente Del Boske 15-30 iyun tarixində Braziliyada keçiriləcək Konfederasiyalar kuboku-2013 üçün geniş heyəti açıqlayıb. Siyahıda öz klublarında son oyunlara çıxmayan "Real”ın qapıçısı İker Kasilyas və "Barselona”nın hücumçusu David Vilyanın olması da diqqəti çəkir. Del Boske 26 nəfərlik heyətdən 3 futbolçunu çıxarmalı olacaq.
Xatırladaq ki, İspaniya yığması öz qrupunda Uruqvay, Taiti və Nigeriya ilə qarşılaşacaq.