Basketbolçunun həyatını agenti qurtarıb

Basketbolçunun həyatını agenti qurtarıb

NBA-nın "Şöhrət” zalının üzvü Ceyson Kidd 2004-cü ildə başına gələn bir hadisəni danışıb. Basketbolçu Sakit okeanda yaxtada yoldaşları və ailəsi ilə gəzinti zamanı qəzaya düşdüyünü və Ceff Şvarts adlı agentin onu necə xilas etməsindən danışıb.
"Bu hadisə 2004-cu ilin yayında olmuşdu. Həmin gün okean çox dalğalı idi amma biz fərqinə varmırdıq. Bir də onda gördüm ki, çimərlik dairəsini itirmişəm. Onu götürmək üçün üzəndə Portuqaliya hərbi gəmisi ilə qarşılaşdım. Ordan uzaqlaşmaq istəyəndə məni artıq cərəyan vurmuşdu.
Məni oradan Ceff Şvarts uzaqlaşdırdı və təhlükəsiz yerə gətirdi. Beləliklə, bu insan mənim həyatımı qurtardı”, - deyə basketbolçu bildirib.