Qətər çempionatı biletlərin avtomatik satışı sisteminə keçən ilk futbol turniri olub. İndi qətərli azarkeşlər internet vasitəsilə bilet alıb evdə onu çap edə və ya öz smartfonlarından stadiona giriş üçün istifadə edə bilərlər.Bundan başqa, sistem digər faydalı funksiyalara da malikdir. Belə ki, istənilən şəxs nəinki stadionda özünə yer seçə, həmçinin həmin oturacaqdan açılan ponoramı da seyr edə bilər.
Bu sistemin DÇ-2020-nin oyunlarında da tətbiq olunacağı gözlənilir. Yeri gəlmişkən, Qətər kubokunun yarımfinal mərhələsi çərçivəsində "Əl-Sədd” - "Əl-Rayan” qarşılaşması (3:1) birincilərin ispaniyalı hücumçusu Raul üçün əlamətdar olub. Belə ki, uzun müddət "Real”ın şərəfini qorumuş futbolçu karyerasında 1000-ci oyununu keçirib.