22 yaşlı basketbolçu mövsümün ən yaxşısı oldu

22 yaşlı basketbolçu mövsümün ən yaxşısı oldu


"İndiana” komandasının (MBA) hücumçusu Pol Corc bu mövsüm Milli Basketbol Liqasının "inkişafda olan oyunçu” tituluna layiq görülüb. Məlumat MBA-nın rəsmi saytında yer alıb. 22 yaşlı basketbolçu müntəzəm çempionatda hər bir oyunda orta hesabla 17,4 xal toplayıb. Corcun dəqiq ötürmələri 4,1 faiz, topun rəqibdən alınması isə 1,8 faiz təşkil edib. Bunlar gənc basketbolçunun karyerasının ən yaxşı göstəriciləri sayılır. O, göstərdiyi nəticə ilə Qreyvis Vaskesi ("Nyu-Orleana”, 13 xal), Lari Sandersi ("Miluoki”, 10 xal) və Nikol Vuçeviçi ("Orlando”, 10 xal) xeyli qabaqlayıb.