“Qətər kuboku”nda bürünc medal

“Qətər kuboku”nda bürünc medal


Qətərin paytaxtı Dohada ağırlıqqaldırma üzrə "5-ci Beynəlxalq Qətər Kuboku” keçirilib. Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan ağırlıqqaldırma yığmasının üzvləri də iştirak ediblər.
Təmsiçlilərimizdən Səbinə Əzimova (55 kq) birdənqaldırma hərəkətində 74 kq-ı ram edərək bu hərəkətdə gümüş, təkanla qaldırma hərəkətində isə 92 kq-la bürünc medal qazanıb. Toplam 166 kq (74+92) nəticə ilə Səbinə Əzimova yekun sıralamada da bürünc medala sahib çıxıb.