
Fransanın Durdan şəhərində qılıncoynatmanın sablya növü üzrə gənclərin şəxsi Dünya Kubokunun mərhələ yarışı keçirilib.
Turnirdə ölkəmizi təmsil edən Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazanmaqla pley-offa yüksəlib.
Qeyd edək ki, sablyaçımız 1/64 finalda İtaliya təmsilçisi Alberto Nigriyə 12:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.