32 komanda püşkatma mərasimini gözləyir

32 komanda püşkatma mərasimini gözləyir

Bu il Çində keçiriləcək basketbol üzrə dünya çempionatının bütün iştirakçıları məlum olub.
32 yığmanın mübarizə aparacağı mundilada meydan sahibləri ilə yanaşı Rusiya, Avstraliya, Anqola, Argentina, Braziliya, Venesuela, Almaniya, Yunanıstan, Dominikan Respublikası, İordaniya, İran, İspaniya, İtaliya, Kanada, Cənubi Koreya, Kot dİvuar, Litva, Nigeriya, Yeni Zelandiya, Polşa, Puerto Riko, Serbiya, Seneqal, ABŞ, Türkiyə, Tunis, Filippin, Fransa, Monteneqro, Çexiya və Yaponiya komandaları mübarizə aparacaqlar.
Dünya çempionatının qrup mərhələsinin püşkatması martın 16-da Şençjen şəhərində təşkil olunacaq.
Qeyd edək ki, mundial 31 avqust - 15 sentyabr tarixlərində baş tutacaq.