«Real Madrid» Fondunun yeni layihəsi Bakıda reallaşacaq

«Real Madrid» Fondunun yeni layihəsi Bakıda reallaşacaq




İyunun 20-də saat 16.00-da Qafqaz Baku City Hotelində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin «Real Madrid» Fondu («Fundacion Real Madrid») ilə birgə həyata keçirdiyi «Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası» adlı sosial layihəsinin təqdimatı keçiriləcək. Tədbirdə Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, «Real Madrid» Fondunun məşqçi-mütəxəssisi Viktor De Arce, layihənin əsas tərəfdaşı olan Təhsil Nazirliyinin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, «Azəridmanserviz» MMC, «Standard İnsurance» və Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) səlahiyyətli nümayəndələri və eləcə də hökumət və qeyri-hökumət təşkilatlarının qeyri-rəsmi nümayəndələri, media mənsubları iştirak edəcəklər.
Layihənin əsas məqsədi «Real Madrid» Fondunun sosial idman modeli əsasında Bakı şəhərində ilk sosial futbol məktəbinin yaradılmasıdır. Qeyd edək ki, layihə dörd il üçün nəzərdə tutulub və sosial futbol məktəbinin Bakı şəhəri «Vətən» Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi planlaşdırılıb.