Nümayəndə heyətimiz Beynəlxalq Ağır Atletika Federasiyasının konqresində

Nümayəndə heyətimiz Beynəlxalq Ağır Atletika Federasiyasının konqresində
ABŞ-ın Las-Veqas şəhərində Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Konqresi keçirilib. İclasda Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) nümayəndə heyəti də iştirak edib. 62 ölkədən 150-dək nümayəndənin iştirak etdiyi tədbirdə gündəlikdə duran məsələlər müzakirə olunub, hesabatlar dinlənilib, bir sıra qərarlar qəbul edilib. Bundan başqa, texniki, tibbi, məşq, tədris və digər sahələrdə yeniliklər təqdim edilib, müzakirələr aparılıb. 
Tədbirdə AAAF-ı baş katib Rizvan Rəsulov və mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev təmsil ediblər.