Paytaxtımızın stadionlarında keçirilən futbol üzrə Bakı şəhər çempionatına yekun vurulub.Yarışda 14 komandanın tərkibində 366 futbolçu iştirak edib. Final oyununda Abşeron və 16 saylı UGİM-in komandaları qarşılaşıblar. Abşeronlu futbolçular 3:2 hesabı ilə qalib gələrək Bakı çempionu adını qazanıblar. "İnam-I” və Qaradağ komandaları III-IV yerlər uğrunda yarışıblar. "İnam-I” minimum hesablı qələbə sayəsində üçüncü olub. Yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlarla təltif ediliblər.