Ağırlıqqaldıranlarımız Las-Veqasda mübarizəyə başlayır

Ağırlıqqaldıranlarımız Las-Veqasda mübarizəyə başlayır

Bu gün ağırlıqqaldırma üzrə milli komandamız ABŞ-ın Las-Veqas şəhərində yeniyetmələr arasında səkkizinci dünya birinciliyində mübarizəyə başlayır. 50 ölkədən 200-dən çox atletin mübarizə aparacağı yarışda Azərbaycan yığma komandasının 5 atleti mübarizə aparacaq. Asif Məmmədovun başçılıq etdiyi komandada Ömər Cavadov (55 kiloqram), Elşən Məmmədov (61 kiloqram), Rüstəm Qasımov (67 kiloqram), Əli Şükürlü (96 kiloqram) və Rəhman Kazımov (102 kq-dan yuxarı) yer alıblar.