Qarabağ şəhidlərinin xatirəsi turnirlə anılıb

Qarabağ şəhidlərinin xatirəsi turnirlə anılıb
 
Ağstafa rayonunda Qarabağ şəhidlərinin xatirəsinə həsr edilmiş kikboksinq üzrə açıq birincilik keçirilib. Yarışda 13 rayondan 225 idmançı qalib adı uğrunda iştirak edib.
Yekun nəticələrə görə, ilk üçlükdə Gəncə, Samux və Bərdə komandaları qərarlaşıblar. Qalib komandalara fəxri fərman, diplom və medallar təqdim olunub.