""Boston" "Klippers"lə bacarmadı

""Boston" "Klippers"lə bacarmadı


Milli Basketbol Assosasiyasının (NBA) müntəzəm çempionatında növbəti görüşlər keçirilib.
Qərb konfransında pley-offa sıralamasında qərarlaşan iki komanda - "Yuta" və "Oklahoma Siti" üz-üzə gəlib. Dennis Şröder (24 xal, 7 ribaund, 3 assist) və Rassell Uestbrukun (23 xal, 11 ribaund, 8 assist) ön plana çıxdığı qarşılaşma "Tander"in qələbəsi ilə yekunlaşıb.
Bir digər maraqla gözlənilən görüşdə "Klippers" "Boston"u məğlub edib. Lu Uilyams 34 xallıq performansı ilə matça damğa vurub. "Seltiks"də Kayri Örvinqin dabl-dablı (18 xal, 11 assist) yetərli olmayıb.

"Vaşinqton Uizards" - "Sakramento Kinqz" - 121:115

"Klivlend Kavalyers" - "Toronto Reptors" - 126:101

"Bruklin Nets" - "Detroyt Pistons" - 103:75

"Hyuston Rokets" - "Şarlott Hornets" - 118:106

"Yuta Caz" - "Oklahoma Siti Tander" - 89:98

"Los Anceles Klippers" - "Boston Seltiks" - 140:115