İdmançımızn medalı əlindən alınıb

İdmançımızn medalı əlindən alınıb

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.
Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.
Komitənin İntizam Komissiyası idmançımızın Olimpiya Oyunları zamanı dopinqdən istifadə etdiyini təsdiqləyib.
Onun nəticələri ləğv edilib.
Medalı isə həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilib.