Sumqayıtda mini futbol yarışı davam edir

Sumqayıtda mini futbol yarışı davam edir


Sumqayıtda "28 may Respublika Günü”nə həsr olunmuş III mini futbol yarışı davam edir.
Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər hüquq mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin önündə "28 may Respublika Günü”nə həsr olunmuş III mini-futbol yarışına mayın 23-də start verilmişdi. Mini-futbol yarışında məhəllə və mikrorayonların 1998-1999, 2000-2001-ci il təvəllüdlü gəncləri iştirak edirlər. Beləliklə, bu tədbirdə Sumqayıtın 68 məhəllə və mikrorayonlarından 100-ə yaxın komanda, o cümlədən 1000-dən çox yeniyetmə qüvvəsini sınayıb.



Qeyd edək ki, III mini-futbol yarışı məhəllədaxili, zona və final mərhələsindən ibarət olub. 27-30 may tarixlərində keçirilən məhəllədaxili oyunlarda 64 komanda olmaqla 576 iştirakçı iştirak edib. İyunun 6-da başlayan yarışın zona mərhələsinə iyun 14-də yekun vurulub. Final mərhələsinə vəsiqə uğrunda 72 komanda olmaqla 648 həvəskar futbolçu mübarizə aparıb.
Yarışın ən gərgin və baxımlı mərhələsi 4/1 final matçı (18-21 iyun) olub. Qalib komandalar iyunun 28-də 2/1 final uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, final oyunlarının 3 iyul 3-də təşkil edilməsi nəzərdə tutulur. Maraqdıdır ki, mini-futbol turnirinin gedişində indiyədək 120-ə yaxın oyun keçirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov 4/1 final oyunlarını tribunadan izləyib və futbolçularla söhbət edib.

Mail Hümbətov

Sumqayıt şəhər Gənclər və İdman Baş

İdarəsinin baş məsləhətçisi