İyunun 24-də UEFA Avropa Liqasında (AL) növbəti mövsümün ilk 2 təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasimdə Azərbaycanın turnirdəki təmsilçiləri - "Qarabağ”, "İnter” və "Xəzər Lənkəran” klublarının rəqiblərinin adına aydınlıq gəlib.
Çempionlar Liqasındakı təmsilçimiz "Neftçi”dən fərqli olaraq, bu turnirdəki klublarımızın hamısı mübarizəyə ilk mərhələdən başlayacaqlar. Püşkatmadan əvvəl I təsnifat mərhələsində çıxış edəcək 76 komanda arasında olan təmsilçilərimiz "səpələnmişlər” sırasında yer aldığından, onlar münasib rəqiblərlə düşəcəkdi. II qrupda yer alan "Qarabağ” "Kukesi”, "Çixura”, "Milsami”, "Metallurq” və "Mladost”dan biri ilə qarşılaşacaqdı. III qrupda olan "Xəzər Lənkəran”ın potensial rəqibləri "İrtış”, "Teteks”, "Teuata”, "Libertas” və "Silema” klubları idi. V qrupa düşən "İnter” isə "Mariehamn”, "Santa Koloma”, "Selje”, "Fulqafyordur” və "Droheda”dan biri ilə mübarizə aparacaqdı.
Püşkə əsasən, "Qarabağ” ona yaxşı tanış olan Makedoniyanın "Metallurq” (Skopye) klubu ilə qarşılaşacaq. 2009/2010-cu illər mövsümündə Bakıda "Metallurq”u 4:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi səfərdə isə rəqibi ilə 1:1 hesabı heç-heçə etmişdi.
Qeyd edək ki, ağdamlıların rəqibi son mövsümdə Makedoniya çempionatının gümüş medalını qazanıb. 1964-cü ildə yaranan "Metallurq” Makedoniyanın ilk milli çempionatının iştirakçısıdır. Əsas forması yaşıl, ehtiyat forması ağ olan Skopye klubu ev oyunlarını 3000 azarkeş tutumuna malik "Jelezarnitsa” stadionunda keçirir. "Qarabağ”ın rəqibi avrokuboklarda keçirdiyi 8 oyunda qələbə üzünə həsrət qalıb. Ağdam təmsilçisinin bu dəfə də asanlıqla qələbə qazanacağını söyləmək olar. Cütün qalibi turnirin 2-ci təsnifat mərhələsində Polşanın "Pyast” klubu ilə qarşılaşacaq.
Bakının "İnter” klubu I təsnifat mərhələsində Finlandiyanın "Mariehamn” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. "Bankçılar” bu rəqiblə tarixində ilk dəfə qarşılaşacaq. 1919-cu ildə yaradılan Finlandiya təmsilçisi ev oyunlarını 4 min tamaşaçı tutumuna malik olan "Viklof Holding Arena”da oynayır. "Mariehamn” yaranmasından 26 il sonra - 1945-ci ildən Finlandiya liqasında oynamağa başlayıb. Komanda ilk dəfə 3-cü liqada çıxış etməklə kifayətlənib. 2002-ci ildə klubu çalışdırmağa başlayan Pekka Lyuyuskinin gəlişindən sonra irəliləyişlər əldə edən klub tarixində ilk dəfə olaraq 2004-ci ildən yüksək liqada mübarizə aparmağa başlayıb. İlk çıxışında klub 14 komanda arasında 12-ci pilləni tutub. "İnter”in rəqibi ən böyük uğurunu son mövsüm ölkə çempionatında əldə edib. Dördüncü pillənin sahibi olan "Mariehamn” tarixində ilk dəfə olaraq avroliqaya vəsiqə qazanıb. Avrokuboklarda debüt edən finlərin komandamızla oyunda uğur qazanacağı inandırıcı deyil. İki oyunun nəticəsinə görə qalib gələn komanda növbəti mərhələdə "Selye” (Sloveniya) - "Tromse” (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək.
"Xəzər Lənkəran” isə Maltanın "Slima” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu rəqiblə matçda lənkəranlıların asanlıqla qalib gələcəyini proqnozlaşdırmaq olar. Rəqib klubunun əsası 1909-cu ildə qoyulub. Ev oyunlarını "Ta Qali” stadionunda keçirən "Slima” 26 dəfə Malta çempionu olub. Bu, Malta futbol tarixində rekord göstərici hesab olunur. İlk çempionluğunu 1919/1920-ci illər mövsümündə qazanan komanda sonuncu dəfə 2004/2005-ci ildə ölkənin ən güclüsü olub. 29 dəfə çempionatın gümüş medallarına yiyələnən "Slima” klubu 20 dəfə ölkə kubokuna sahib çıxıb. Üç dəfə ölkə Superkubokunu qazanan komandanın Avropa arenasında ən böyük uğuru Latviyanın "Skonto” klubunu keçərək II təsnifat mərhələsinə adlaması olub. Lənkəran klubu bu rəqibini məğlub edəcəyi təqdirdə növbəti mərhələdə daha güclü komanda ilə qarşılaşacaq. Belə ki, İsrailin "Makkabi” (Hayfa) klubu ikinci təsnifat mərhələsində rəqibini gözləyir.
Qeyd edək ki, AL-in I təsnifat mərhləsinin oyunları 4-11 iyul, II təsnifat mərhələsinin görüşləri isə 18-25 iyul tarixlərində keçiriləcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
1. "Metallurq” (Makedoniya) - "QARABAĞ” (AZƏRBAYCAN)
2. "Slima” (Malta) - "XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN)
3. "Mariehamn” (Finlandiya) - "İNTER” (AZƏRBAYCAN)
4. "Vikinqur” (Farer adaları) - "İnter” (Finlandiya)
5. "Çixura” (Gürcüstan) - "Vaduts” (Lixtenşteyn)
6. "Teteks” (Makedoniya) - "Pünik” (Ermənistan)
7. "Hibernians” (Malta) - "Voyvodina” (Serbiya)
8. "Jalgiris” (Litva) - "Sent Patriks” (İrlandiya)
9. "Milsami” (Moldova) - "Düdelanj” (Lüksemburq)
10. "Teuta” (Albaniya) - "Daçiya” (Moldova)
11. "Astana” (Qazaxıstan) - Bolqarıstan təmsilçisi
12. "Brayton” (Uels) - "Ventspils” (Latviya)
13. "Libertad” (San-Marino) - "Sarayevo” (Bosniya və Herseqovina)
14. "UE Santa Koloma” (Andorra) - "Zrinski” (Bosniya və Herseqovina)
15. "Trans” (Estoniya) - "Gefle” (İsveç)
16. "Mladost” (Çernoqoriya) - "Fehervar” (Macarıstan)
17. "Domjale” (Slovakiya) - "Astra” (Rumıniya)
18. "Reykyavik” (İslandiya) - "Qlentoran” (Şimali İrlandiya)
19. "Flora” (Estoniya) - "Kukesi” (Albaniya)
20. "Levski” (Bolqatısran) - "İrtış” (Qazaxıstan)
21. "Rudar” (Çernoqoriya) - "Mika” (Ermənistan)
22. "Santa Koloma” (Andorra) - "Breydablik” (İslandiya)
23. "Tiraspol” (Moldova) - "Skonto” (Latviya)
24. "Fiorita” (San-Marino) - "Valetta” (Malta)
25. "Droeda” (İrlandiya) - "Malmö” (İsveç)
26. "Kruzaders” (Şimali İrlandiya) - "Rosenborq” (Norveç)
27. "Laçi” (Albaniya) - "Differdanj” (Lüksemburq)
28. "Vestmannaeyar” (İslandiya) - "Torshavn” (Farer adaları)
29. "Qandzasar” (Ermənistan) - "Aktobe” (Qazaxıstan)
30. Fulafyordur” (Farer adaları) - "Linfild” (Şimali İrlandiya)
31. "Jeness” (Lüksemburq) - TPS (Finlandiya)
32. "Çelik” (Monteneqro) - "Honved” (Macarıstan)
33. "Prestatin” (Uels) - "Metallurq” (Latviya)
34. "Bala Taun” (Uels) - "Levadiya” (Estoniya)
35. "Torpedo” (Gürcüstan) - "Jilina” (Slovakiya)
36. "Selye” (Sloveniya) - "Tromse” (Norveç)
37. "Kruoya” (Litva) - "Dinamo” (Belarus)
38. "Turnovo” (Makedoniya) - "Suduva” (Litva)
II təsnifat mərhələsi
2-ci cütün qalibi - "Makkabi” (Hayfa, İsrail)
3-cü cütün - 36-cı cütün qalibi
1-ci cütün qalibi - "Pyast” (Polşa)
"Hakken” (İsveç) - "Sparta” (Çexiya)
"Dila” (Gürcüstan) - "Olborq” (Danimarka)
23-cü cütün qalibi - "Slovan” (Çexiya)
"Stomsqotset” (Norveç) - "Debretsen” (Macarıstan)
"Honka” (Finlandiya) - "Lex” (Polşa)
14-cü cütün qalibi - 11-ci cütün qalibi
"Senitsa” (Slovakiya) - 16-cı cütün qalibi
13-cü cütün qalibi - 19-cu cütün qalibi
"Panduri” (Rumıniya) - 34-cü cütün qalibi
"Petrolul” (Rumıniya) - 4-cü cütün qalibi
"Srvena Zvezda” (Serbiya) - 28-ci cütün qalibi
"Çernomorets” (Ukrayna) - 10-cu cütün qalibi
"Anartosis” (Kipr) - 15-ci cütün qalibi
"Tyun” (İsveçrə) - 5-ci cütün qalibi
"Hayduk” (Xorvatiya) - 38-ci cütün qalibi
"Şlensk” (Polşa) - 21-ci cütün qalibi
"Şaxtyor” (Belarus) - 9-cu cütün qalibi
"Rieka” (Xorvatiya) - 33-cü cütün qalibi
"Höteborq” (İsveç) - "Trençin” (Slovakiya)
26-cı cütün qalibi - "Sent-Conson” (Şotlandiya)
"Ştrum” (Avstriya) - 22-ci cütün qalibi
"Ksanti” (Yunanıstan) - 30-cu cütün qalibi
12-ci cütün qalibi - 31-ci cütün qalibi
25-ci cütün qalibi - "Hibernian” (Şotlandiya)
8-ci cütün qalibi - 6-cı cütün qalibi
7-ci cütün qalibi - 32-ci cütün qalibi
37-ci cütün qalibi - "Lokomotiv” (Xorvatiya)
"Trabzonspor” (Türkiyə) - "Derri Siti” (İrlandiya)
20-ci cütün qalibi - "Şiroki Briyeq” (Bosniya və Herseqovina)
"Hodd” (Norveç) - 28-cu cütün qalibi
17-ci cütün qalibi - "Omoniya” (Kipr)
"Yaqodina” (Serbiya) - "Rubin” (Rusiya)
"Beroe” (Bolqarıstan) - "Hapoel” (İsrail)
"Olimpiya” (Sloveniya) - 35-ci cütün qalibi
18-ci cütün qalibi - "Standard” (Belçika)
24-cü cütün qalibi - "Minsk” (Belarus)
27-ci cütün qalibi - "Utrext” (Hollandiya)