Mesut Özil mum heykəli olan ən gənc idmançıdır

Mesut Özil mum heykəli olan ən gənc idmançıdır


Berlindəki Madam Tüsso mum fiqurlar muzeyinin eksponatları arasına artıq "Real”ın və Almaniya yığmasının yarımmüdafiəçisi Mesut Özilin də mum heykəli qoyulub. 24 yaşlı türk əsilli futbolçu bu muzeydə heykəli olan ən gənc idmançıdır.
Heykəlinin qoyulmasından qürur duyan Mesut Özil 2013-cü ildə "Qızıl top”u klub yoldaşı Kriştianu Ronaldonun qazanmalı olduğunu bildirib. "O, bizim komandamız üçün çox vacib oyunçudur. Turnirdən asılı olmayaraq, hər qarşılaşmada meydana çıxır. Hər gün məşqlərdə onu görürəm, mənə görə Ronaldo ən yaxşı futbolçudur. Milli komandadakı yoldaşlarım bağışlasınlar, 2013-cü ildə "Qızıl top”u qazanmağa yalnız Ronaldo layiqdir”, - deyə Almaniya yığmasının 24 yaşlı futbolçusu vurğulayıb.