Basketbolçuların paytaxt birinciliyi davam edir

Basketbolçuların paytaxt birinciliyi davam edir

Basketbol üzrə açıq Bakı birinciliyi keçirilir. Yarışda müxtəlif yaş qrupları üzrə ümumilikdə 27 komanda təmsil olunur. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında(AZBİTA) keçirilən açıq birincilikdə həm oğlanlar, həm də qızlar iştirak edirlər.
Aprelin 6-da start götürən açıq Bakı birincilik mayın 5-də başa çatacaq.
Qeyd edək ki, yarışın baş hakimi Zərbəli Saibcanov, baş katibi isə Aydın Ağaliyevdir.