“Xəzər Lənkəran” sabah Maltaya gedir

“Xəzər Lənkəran” sabah Maltaya gedir

UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Slima” - "Xəzər Lənkəran” matçının başlama vaxtı müəyyənləşib. Maltada təşkil olunacaq oyunun start fiti yerli vaxtla 18:45-də (Bakı vaxtı ilə 21:45-də) veriləcək.
İyulun 2-də keçiriləcək qarşılaşma Ta-Qali şəhərinin eyniadlı stadionunda oynanılacaq. Matçı estoniyalı Erik Saar idarə edəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran” iyun ayının 29-da gecə saatlarında Almaniyanın Bad Gogginq qəsəbəsini tərk edib, Maltaya yola düşəcək. Cavab qarşılaşması isə iyulun 11-də Lənkəranda keçiriləcək.