Slaven Biliç 3 illik müqavilə imzaladı

Slaven Biliç  3 illik müqavilə imzaladı

"Beşiktaş”ın yeni baş məşqçisinin adı açıqlanıb. İstanbul klubu Moskva "Lokomotiv”inin sabiq baş məşqçisi Slaven Biliçlə 3 illik müqavilə bağlayıb. Artıq 44 yaşlı mütəxəssisin "qara qartallar”dakı qazancı da bəlli olub. Belə ki, xorvatiyalı məşqçi "Beşiktaş”da 2013/2014-cü illər mövsümü üçün 1,5 milyon, 2014/2015-ci illər mövsümü üçün 1,6 milyon, 2015/2016-cı illər mövsümü üçün 1,7 milyon avro qazanacaq.
Qeyd edək ki, Biliç 2012-ci ildə Moskva "Lokomotiv”ində işləyib və Rusiya klubuna yalnız 1 il rəhbərlik edib.