Səbinə Əzimova dünya birinciliyində qüvvəsini sınadı

Səbinə Əzimova dünya birinciliyində qüvvəsini sınadı


Ficinin paytaxtı Suvada gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionatı keçirilir. 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar.
Təmsilçilərimizdən ilk olaraq Səbinə Əzimova yarışda qüvvəsini sınayıb. O, 55 kq çəki dərəcəsində çıxış edib.
Atletimiz ümumilikdə 177 kq (78 kq + 99 kq) nəticə ilə 8-ci yeri tutub.