16 komanda qalib adı uğrunda yarışacaq
Ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviləşməsinə, gənclərin fiziki və mənəvi hazırlıqlarının yüksəldilməsinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda idmanın inkişafı, Olimpiya Hərəkatının təbliği və genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İdman sahəsində ölkəmizdə dövlət səviyyəsində aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq təmsilçilərimiz bir sıra mötəbər yarışlardan vətənə medallarla dönürlər. Ölkəmizdə idmanın maddi-texniki bazasının gücləndirilməsi üçün paytaxt və respublikamızın müxtəlif bölgələrində müasir standartlara uyğun Olimpiya idman kompleksləri, idman qurğuları tikilərək gənclərin istifadəsinə verilib. Hazırda respublikamızın əksər regionlarında fəaliyyət göstərən Olimpiya idman komplekslərində gənclər müxtəlif idman növlərinin sirlərinə yiyələnirlər. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur. Bununla yanaşı, respublikamız müxtəlif idman növləri üzrə mötəbər yarışlara da yüksək səviyyədə ev sahibliyi edir. Təsadüfi deyil ki, ölkəmizə səfər edən bir sıra beynəlxalq idman təşkilatlarının nümayəndələri Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndiriblər.
Mərkəzi Ordu İdman Klubu (MOİK) beynəlxalq hərbi idman qurumları ilə də sıx əməkdaşlıq edir. Bunun nəticəsidir ki, Beynəlxalq Hərbi İdman Şurası (CİSM) hərbiçilər arasında futbol üzrə I dünya kubokunu keçirməyi Azərbaycana həvalə edib. Bu gün turnirin açılış mərasimi olacaq.
Qeyd edək ki, çempionatda Azərbaycan, ABŞ, Almaniya, Bəhreyn, Braziliya, Əlcəzair, Kot-D İvuar, İraq, Kamerun, Kanada, Keniya, Qətər, Mali, Hollandiya, Oman komandaları mübarizə aparırlar.
Əvvəlcə Beynəlxalq Hərbi İdman Şurasının tarixi ilə yaxından tanış olaq. 18 fevral 1948-ci ildə yaradılan Beynəlxalq Hərbi İdman Şurası çoxnövçülük üzrə dünyanın ən böyük təşkilatlarından biridir. CİSM 133 üzv ölkənin Silahlı Qüvvələri üçün müxtəlif idman tədbirləri təşkil edir. Əvvəllər döyüş meydanında üz-üzə gələn əsgərlər indi dostluq şüarı altında idman meydanında görüşürlər. Bu da 1998-ci ildə bütün üzv ölkələrin imzaladığı CİSM-in rəsmi məqsədində öz əksini tapmış fəlsəfə və ideologiyasına müvafiqdir.
Beynəlxalq hərbi qurumun qarşısında duran əsas məqsəd Silahlı Qüvvələri idman vasitəsilə bir araya gətirərək, dünyadakı sülhə öz töhfəsini verməkdir. Təşkilatın şüarı "İdman vasitəsilə dostluqdur”. CİSM-in prezidenti polkovnik Hamad Kalkaba Malboumdur (Kamerun). Təşkilatın Baş Katibliyi Brüssel şəhərində yerləşir. Katiblik baş katib polkovnik Morisodun (İsveçrə) rəhbərliyi altında fəaliyyət göstərir.
İdman və həmrəylik
İlin 300 günü müxtəlif dünya, qitə səviyyəli və regional tədbirlər həyata keçirilir. Bu tədbirlər zamanı əsas istiqamət olaraq CİSM-in iki təməl prinsipi - idman və həmrəylik tətbiq olunur. Təşkilat artıq beynəlxalq idman cəmiyyətinin əhəmiyyət verə biləcəyi bir iştirakçı tərəfə çevrilib. O, tanınmış idmançıların hazırlanmasında mühüm rol oynayır. Qurum Beynəlxalq idman həmrəyliyi sahəsində CİSM, Beynəlxalq Olimpiya Komitəsi, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı kimi təşkilatlarla birlikdə layihələr təşkil edib. Beynəlxalq Hərbi İdman Şurası milli və beynəlxalq federasiyalar, bütün beynəlxalq idman qurumları ilə yaxın əlaqələrini inkişaf etdirib və etdirməkdədir.
İdman tədbirləri
CİSM hər il üzv ölkələrin hamısının iştirakı ilə müxtəlif idman növləri üzrə hərbiçilər arasında iyirmidən çox dünya oyunları tədbirlərini təşkil edir. Eyni zamanda qitə və regional yarışları, hər dörd ildən bir hərbiçilər arasında dünya oyunları təşkil edilir. Buyaxınlarda Qış Oyunları keçirilib. Hərbçilər arasında 1-ci Dünya Oyunları 1995-ci ildə Roma şəhərində keçirilib. 93 ölkə 17 müxtəlif idman növü üzrə yarışaraq 2-ci Dünya müharibəsinin başa çatmasının 50-ci ildönümünü qeyd edib. Dörd il sonra 82 ölkədən 7000 nəfər iştirakçı hərbçilər arasında 2-ci Dünya Oyunlarının böyük uğurla keçməsinə töhfə vermək məqsədilə Xorvatiyanın Zaqreb şəhərində bir araya gəlib.
3-cü Dünya Oyunları 4-11 dekabr 2003-cü il tarixində İtaliyanın Kataniya şəhərində təşkil olunub. 84 ölkə 18 müxtəlif idman növü üzrə yarışıb.
CİSM üzrə hərbçilər arasında 4-cü Dünya Oyunları 14-21 oktyabr 2007-ci il tarixlərində Hindistanın Heydərabad şəhərində keçirilib. Rekord say hesab edilən 101 ölkədən iştirakçılar bəşəriyyətdəki sülhü qeyd və CİSM-ə üzv ölkələrin hamısını birləşdirən dostluq və həmrəylik ruhunu nümayiş etdiriblər.
5-ci Dünya Oyunları 2011-cil ilin iyul ayında Braziliyanın Rio de Janeyro şəhərində keçirilib. Növbəti dünya oyunları Koreyanın Munqyeonq şəhərində olacaq.
CİSM üzrə 1-ci Qış Dünya Oyunları 2010-cu ildə İtaliyanın Aosta Valley regionunda keçirilib. Oyunlarda 43 ölkədən 800 nəfərdən çox idmançı iştirak edib.
2-ci Qış Dünya Oyunları isə cari ildə Fransanın Annesi şəhərində keçirilib və bu oyunlarda 40 ölkədən 1000 nəfərdən çox idmançı qış idman növlərinin ən yüksək kateqoriyasında mübarizə aparıblar.
Çempionlar
Beynəlxalq Hərbi İdman növləri çoxlu sayda çempionlar təşkil edir. Qurumda medallar qazananlar mülki yarışlarda da mükafatlara layiq görülüblər. Pau Tergat, Aleksey Nemov, Valentina Vezzali, Mark Huizinga, Pavel Kolobkov, Renata Mauer, Pyrros Dimas və Fabrozio Mori kimi şəxslər aparıcı beynəlxalq idman tədbirlərində mütəmadi olaraq qabaqcıl yerləri tutan hərbçi idmançılardır.
Simpozium
CİSM Silahlı Qüvvələrdəki fiziki hazırlıq təhsilin və idmanın müxtəlif aspektlərini öyrənmək məqsədilə hər il beynəlxalq simpoziumlar təşkil etməyə çalışır. "İdman elmi: müasir idmanın idarə edilməsinin təməl mexanizmi” mövzusunda sonuncu simpozium 18-23 sentyabr 2009-cu il tarixdə Çexiya Respublikasının Praqa şəhərində keçirilib. Tədbirdə 27 ölkədən 70 nümayəndə iştirak edib. Bu zaman ən önəmli məsələlərdən tədbirlərdən biri CİSM Akademiyasının yenidən fəaliyyətə başlaması olub. Sözügedən simpoziumun fəaliyyət kitabının 2010-cu ilin aprel ayında çap edilməsi və CİSM ailəsinin bütün üzvlərinə paylanması planlaşdırılıb.
Sülh naminə idman
CİSM 2005-ci ildə İtaliyanın Mantova şəhərində "İdman və sülh” mövzusunda seminar keçirib. Seminarda 22 ölkənin təmsilçiləri, Beynəlxalq Təşkilatların, Beynəlxalq Olimpiya Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının, UNİCEF-in, İdman Assosiasiyalarının nümayəndələri, BHİŞ Üzv Ölkələri və sülhün, sağlamlığın, idmanın və təhsilin bərqərar olması sahəsində çalışan təşkilatlar iştirak edib. Bütün iştirakçılar idmanın cəmiyyətlərin münaqişədən sonrakı vəziyyətlərinin yenidən bərpasına yardım etmək istiqamətində əhəmiyyətli mexanizmə çevrilməsi barədə razılığa gəliblər.
O vaxtdan bu günə qədər müxtəlif səlahiyyətli orqanlar öz mühazirələri vasitəsilə idmanın münaqişədən sonrakı vəziyyətlərin yenidən bərpası prosesinə yardım, tədris mexanizmi qismində istifadəsi ilə bağlı təcrübələrini və gözləntilərini CİSM ailəsinə təqdim ediblər.
Həmrəylik
CİSM-lə həmrəy olmaq proqramı dedikdə təşkilatın bütün üzv ölkələrinin tədbirlərdə iştirakı etməsi istiqamətində bərabər imkanlar yaratmaq məqsədilə, CİSM-in daha az imkanlı üzv ölkələrinin möhkəmləndirilməsinə yönələn davamlı tərəqqinin inkişaf vasitələri nəzərdə tutulur. Həmrəylik tədbirləri daha az imkanlı ölkələrdə texniki tibb məntəqələrinin təşkili, idmançıların kasıb regionlara çempionatlara aparılması və ya idman avadanlıqlarının daşınması kimi müxtəlif layihələrdən ibarətdir. Son illər ərzində üzv ölkələri tərəfindən çoxsaylı həmrəylik fəaliyyətləri təşkil edilib. Bu fəaliyyətlər təlim düşərgələrini təşkil etməkdən, bilik mübadiləsi aparmaq üçün məşqçiləri göndərmək və ya dəvət etməkdən, nəqliyyatı təmin etmək, onu koordinasiya etməkdən, hətta kommersiya uçuş biletlərinin xərclərini ödəməkdən ibarətdir. Bütün bunlar CİSM üzvlüyünə, "İdman vasitəsilə dostluq” şüarına və ya ikitərəfli razılaşmalara əsaslanır. Regional İnkişaf Mərkəzlərinin təsis edilməsi CİSM-in dünya səviyyəsindəki dəstəyinin əsas məqsədlərindən biridir. Bu istiqamətdə ilk addım 2006-cı ildə Keniyanın Nayrobi şəhərində beynəlxalq hərbi qurumun Afrika İnkişaf Mərkəzinin yaradılması ilə atılıb. Həyata keçirilən ən son fəaliyyət Braziliyanın Rio de Janeyro şəhərində yeni Regional İnkişaf Mərkəzinin fəaliyyətə başlaması olub. Malik olduğu şəbəkə, heyət, infrastrukturları və təşəbbüskarlıq bacarığı sayəsində CİSM öz imkanlarından kənarda olmasına baxmayaraq həmrəylik baxımından önəmli töhfə vermək arzusundadır. Nəticə etibarı ilə CİSM Qərargahları bunları üzv ölkələrinin və digər təşkilatların nəzərinə aydın şəkildə çatdıraraq bu istiqamətdəki fəaliyyətləri genişləndirəcək.
Futbolun CİSM-dəki tarixi
Futbol, yüngül atletika və üzgüçülük CİSM cavabdehliyi çərçivəsində keçirilən çempionatın rəsmi şəkildə təşkil edilməsində ilk idman növlərindən olub.
İlk çempionat 1948-ci ildə CİSM adlandırılan Silahlı Qüvvələrin İdman Şurasının cavabdehliyi çərçivəsində 1946-cı ildə Praqa şəhərində keçirilib. Böyük Britaniya ilk titulu qazanan, Çexoslovakiya isə ikinci yeri tutub.
Çempionat 1969-cu ilə qədər hər il keçirilib. Region və qitə üzrə qaliblər sahib ölkənin avtomatik olaraq seçildiyi final turnirində oynamaq üçün dəvət olunurdular.
1953-cü (6 komanda) və 1962-ci (2 komanda) illərdə Koreyada keçirilən turnirlər istisna olmaqla, 1967-ci ilə qədər turnirə 4 komanda qatılırdı. 1968-1969-cu illərdə turnirdə 6 komanda iştirak edib, lakin oyunlar zamanı xoşagəlməz hadisələr baş verib ki, bu da CİSM-in imicinə zərər vurub. Bu səbəbdən Baş Assambleya Roma şəhərində keçirilən 24-cü toplantısı zamanı 1970-ci ildə keçiriləcək turnirin ləğv edilməsi və yarışın gələcəyinin yenidən nəzərdən keçirilməsi ilə bağlı qərar qəbul edib.
1972-ci ildə turnir illik əsasda keçirilməyə başlanıb. 1973-cü ilin noyabr ayında İdman üzrə Texniki Komitənin Prezidenti general Knulstun (Hollandiya) təklifi əsasında Baş Assambleya Ambrua (Fransa) şəhərində keçirilən 28-ci toplantı zamanı turnirin iki ildən bir keçirilməsini təsdiq edib. 1975-ci ildən (Bağdad) etibarən turnir tək illərdə təşkil edilib. O, 1975-ci ildə 8 komandadan ibarət olub.
1982 və 1983-cü illərdə tez-tez idmançıya yaraşmayan hərəkətlər və əməllər turnirin həyata keçirilməsində problemlər yaradırdı. 1983-cü ilin aprel ayında Baş Assambleya Sürix şəhərində keçirilən 34-cü toplantı zamanı həyata keçirilən çempionatı ləğv etmək qərarını verdi və finalda oynamaq üçün Küveyt və Belçikanı seçdi. O turniri qeyri-müəyyən müddətə ləğv etmək və Texniki Komitənin Prezidenti vəzifəsini dayandırmaq barədə qərar qəbul etdi.
1985-ci ildə bir çox nümayəndəliklər yarışların ləğv edilməsi ilə bağlı qərarın geri götürülməsini xahiş etdilər və Baş Assambleya Seul şəhərində keçirilən 40-cı toplantı zamanı Daimi Baş Katib cənab Mollet turnirin bugünkü dövrdə istifadə olunana yaxın olan, tərtib edilmiş qaydalar çərçivəsində bərpa edilməsini təklif etdi. 6 komandanın iştirak etdiyi 1987-ci il istisna olmaqla, turnir normal olaraq hər qitədən 2 və təşkilatçı ölkə olmaqla 9 komandadan ibarət olub.
1995-ci ildən başlayaraq, turnirdə 12 komanda yarışıb və yerlər avtomatik olaraq təşkilatçı ölkəyə və çempion adını qoruyana verilirdi.
İki il bundan əvvəl beynəlxalq hərbi qurum CİSM üzrə Futbol Turniri əvəzinə CİSM üzrə Futbol Kuboku təşkil etmək qərarına gəlib. Bu o deməkdir ki, kubokda 16 komanda yarışacaq və iştirakçı yerləri avtomatik olaraq təşkilatçı ölkəyə və hər dörd ildən bir keçirilən çempionatda qalib olan ölkəyə veriləcək. Bu kontekst çərçivəsində ilk müqavilə 27 fevral 2013-cü il tarixdə Bakı şəhərində imzalanıb. Son iki il ərzində qitələrdə yarışlar keçirilib. Belə ki, meydan sahibi və son çempiodan başqa 4 qitədən finala çıxan 14 ölkə 1-ci Futbol Kubokunda yarışmaq üçün seçilib.