Frank de Bur daha 4 il “Ayaks”da

Frank de Bur daha 4 il “Ayaks”da

Hollandiyanın "Ayaks” klubunun baş məşqçisi Frank de Bur komandası ilə müqavilənin müddətini uzadıb. Hollandiya millisinin keçmiş futbolçusu daha 4 il Amsterdam klubunu çalışdıracaq.
Onun yeni müqaviləsi 2017-ci ilə qədər hesablanıb. 43 yaşlı mütəxəssisin əvvəlki müqaviləsinin müddəti ilin sonunda başa çatacaq. Bundan başqa, "Ayaks” de Burun köməkçisi Henni Speykermanla da 2017-ci il iyunun sonuna qədər yenidən razılığa gəlib.
Qeyd edək ki, hər iki mütəxəssis 2010-cu ildən "Ayaks”da işləyir.