İspaniya millisi Avropa birincisidir

İspaniya millisi Avropa birincisidir

Fransada qadınlar arasında keçirilən basketbol üzrə Avropa çempionatına yekun vurulub. Həlledici mərhələdə İspaniya millisi Fransa komandası ilə qarşılaşıb. Görüşdə Priney təmsilçiləri qalib gələrək, qitə birinciliyinin sahibi olublar. Qarşılaşma 70:69 hesabı ilə yekunlaşıb.
Turnirin bürünc medallarını isə Türkiyə yığması qazanıb. Onlar Serbiya millisini məğlub ediblər - 92:71.