Macarıstanlı basketbolçular Bakı-2019-un finalına vəsiqə qazanıblar - VİDEO

Macarıstanlı basketbolçular Bakı-2019-un finalına vəsiqə qazanıblar - VİDEO


İyulun 26-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən qızlar arasında basketbol üzrə yarımfinal görüşlərinə star verilib. Finala vəsiqə uğrunda ilk yarımfinal qarşılaşmasında Rusiya və Macarıstan basketbolçuları üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən görüşdə macarıstanlı basketbolçular yekunda 67:64 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar.
İkinci finalçının adı isə Çexiya və Fransa komandalarının oyunundan sonra müəyyənləşəcək.
Qeyd edək ki, basketbol üzrə final görüşləri iyulun 27-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.