“Zirvə-Astara” dünya turunda iştirak edəcək

“Zirvə-Astara” dünya turunda iştirak edəcək


"Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FIBA) təşkilatçılığı ilə avqustun 3-23-də keçiriləcək 3x3 basketbolu üzrə 2019-cu il dünya turunda iştirak edəcək.
Komandamız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə kollektivləri ilə qarşılaşacaq.
Komandamızın heyətində Amil Həmzəyev, Anar Hacıyev və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular yer alıblar.