Neymar adı Boliviyada populyardır

Neymar adı Boliviyada populyardır

Neymar adı son vaxtlar Cənubi Amerikada böyük populyarlıq qazanıb. Boliviyanın paytaxtı La Pazda doğulan hər beş oğlandan birinin adını Neymar qoyurlar. "La Razon” qəzetinin məlumatına görə, belə davam edərsə, 17 ildən sonra bu, adıçəkilən şəhərdə kişilər arasında ən çox yayılmış ad olacaq.
Heç Lionel Messi və Kriştianu Ronaldo da belə populyarlıqla öyünə bilməzlər.
Buyaxınlarda "Barselona”ya keçməsi, Braziliya yığmasının heyətində Konfederasiyalar kubokunun qalibi və ən yaxşı oyunçusu seçilməsi onun populyarlığını daha da artırıb.