Ağırlıqqaldıranımız qrupda üçüncü oldu

Ağırlıqqaldıranımız qrupda üçüncü oldu

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Tailandın Pattaya şəhərində keçirilən dünya çempionatında çıxışını başa vurub. Çempionatda yığmanın heyətində son olaraq körpücük üzərinə Nailxan Nəbiyev çıxıb. O, 96 kq çəki dərəcəsinin D qrupunda mübarizəyə aparıb. İdmançımız ümumilikdə 338 kq (147+191) nəticə ilə bu qrupda 3-cü yeri tutub. N.Nəbiyevin yekun sıralamadakı yeri C, B və A qrupundakı mübarizə başa çatandan sonra məlum olacaq.
Qeyd edək ki, dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) iştirak edir. Azərbaycanın 3 idmançı ilə yollandığı yarışda Boyanka Kostova (59 kq) çıxışını uğursuz bitirmişdisə, Səbinə Əzimova (55 kq) C qrupunda 4-cü olub. Dünya çempionatına sentyabrın 27-də yekun vurulacaq.