“Fənərbağça” Lənkərana gəlir

“Fənərbağça” Lənkərana gəlir


Türkiyənin "Fənərbağça” klubu növbəti mövsümə hazırlıq proqramı çərçivəsində keçirəcəyi yoxlama oyunlarını açıqlayıb. Türkiyənin vitse-çempionu "Xəzər Lənkəran”la Lənkərandakı yoldaşlıq görüşündən sonra Bolu şəhərində "Düzcə stadionu”nda matç keçirəcək. Bu, iyulun 19-da I liqa təmsilçisi "Boluspor”la yerli vaxtla saat 19:07-də (Bakı vaxtı ilə saat 21:07-da) başlayacaq oyundur.
"Sarı lacivərdlilər” iyulun 21-də Lənkəran şəhər mərkəzi stadionuna Bakı vaxtı ilə saat 20:00-da çıxacaqlar. Komanda bundan 3 gün sonra isə öz stadionu olan "Şükrü Saracoğlu”da Hollandiya çempionu PSV ilə qüvvəsini sınayacaq. Həmin oyun yerli vaxtla saat 21:45-də (saat 23:45-də) başlayacaq.