Vilya “Land of fire Azerbaijan” formasında meydana çıxacaq

Vilya “Land of fire Azerbaijan” formasında meydana çıxacaq

Radamel Falkaonun "Monako”ya transferindən sonra "Atletiko” hücum xəttini "Barselona”nın futbolçusu David Vilya ilə gücləndirib.
İspaniyalı futbolçu bu həftə tibbi müayinədən uğurla keçib. 31 yaşlı futbolçu ilk dəfə üzərində "Land of fire Azerbaijan” yazılan Madrid klubunun formasını geyinib. İndi Vilya və "Atletiko”nın aralarında rəsmi müqaviləni bağlamaq qalıb.

Qeyd edək ki, İspaniya təmsilçisi Davidlə 3 illik müqavilə imzalayacaq. Vilyanın transfer dəyəri 5,1 milyon avrodur. Futbolçu pulunu üç mərhələdə alacaq. Yəni 2,1 milyon avronu bu il, 2 milyon avronu gələn il, 1 milyon avronu isə iki il sonra əldə edəcək. Bundan başqa, madridlilər Davidi satsalar, qazanacaqları pulun 50 faizini "Barselona”ya ödəyəcəklər.